Fabrik Markası

məhsulu, malı, istehsalçını müəyyən etməyə, ayırmağa imkan verən nişan.
Fabrik Qiyməti
Fabrikat
OBASTAN VİKİ
Fabrik
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Fabrik qəsəbəsi
Fabrik qəsəbəsi, zavod kəndi və ya sənaye koloniyası — bütün şəhər kompleksinin sahibi olan müəssisə (zavod, fabrik) ətrafında yerləşən yaşayış məntəqəsi mərkəzi. Bu kompleksə sənaye təyinatlı öz binaları (zavod, fabrik, anbarlar və s.), müəssisənin işçiləri üçün yaşayış binaları və adətən, məktəblər, mağazalar, kilsələr və s. daxildir. Bu tip hesablaşma müəyyən iqtisadi fəaliyyətlər üçün işçi qüvvəsinin mövcudluğunu təmin etmək üçün yaranır. Bəzi fabrik qəsəbələrinin yüksək idealları var idi, lakin bir çoxları nəzarətçi və ya istismarçı hesab olunurdu. == Həmçinin bax == Şəhər tipli qəsəbə == İstinadlar == == Əlavə ədəbiyyat == Мирков // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Блоня // Малый энциклопедический словарь Брокгауза и Ефрона.
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.
Poçt markası
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Milad markası
Milad markaları — Milad bayramı ilə əlaqədar olaraq dövriyyəyə buraxılan poçt markaları. Bəzi ölkələrdə Miladla bağlı xüsusi xatirə markaları da çap olunur və poçtların Milad açıqcalarını göndərərkən istifadə etdikləri həmin açıqcalar filatelistlər arasında kifayət qədər məşhurdur. Milad möhürlərindən fərqli olaraq bu markalar dövrü xarakter daşımaqla, bütün il boyu istifadə olunur. 1898-ci ildə Kanadada İmperator Penni Poçtunun açılışı münasibətilə xüsusi marka nəşr edilmişdir. Markada Yer kürəsinin xəritəsi və "XMAS 1898" yazısı vardı. 1937-ci ildə Avstriyada iki Milad markası çap edilmişdi ki, onların da üzərində qızıl gül və zodiak işarələri təsvir olunmuşdu. 1939-cu ildə Braziliyada çap edilmiş xüsusi Milad markalarında üç kral və Betleyem ulduzu, mələk və körpə, Cənub xaçı və körpə, ana və körpə təsvir edilmişdir. Həm ABŞ Poçt Xidməti, həm də Kral Poçtu tərəfindən hər il dövrü Milad markaları çap edilir.
Bakı Fabrik Müfəttişliyi
Bakı Fabrik Müfəttişliyi - Rusiya Dövlət Şurasının "Sənaye haqqında nizamnamədə bəzi dəyişikliklər" barədə 1899-cu il 7 iyun tarixli qərarına əsasən yaradılmışdı. == AXC-yə qədərki tarixi == 1899-cu il 7 iyunda yaradılmışdı. Bakı Xalq Komissarları Sovetinin 1918-ci il 2 iyul tarixli qərarı ilə ləğv edilmiş, 1918 il oktyabrın 12-də Bakı sənaye rayonunda tənzimləyici orqan kimi bərpa olunmuşdu. Müfəttişlik prinsipial xarakterli məsələlərin həlli ilə yanaşı, sahibkarların qanunsuz hərəkətləri haqqında fəhlə və qulluqçuların ərizə və şikayətlərini də araşdırırdı. == AXC dövrü == 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə əmək nazirliyi yaradılmış və həmin müfəttişlik onun sərəncamına verilmişdi. Bununla əlaqədar müfəttişliyin fəaliyyət dairəsi xeyli genişlənərək, muzdlu əməyin sənətkarlıq, kustar istehsal, tikinti, dəmir yolu, çay nəqliyyatı və digər sahələrini də əhatə edirdi. Lakin həvalə olunmuş texniki vəzifələr baxımından müfəttişlik bilavasitə ticarət və sənaye nazirliyinin tabeliyində idi. Bütün Bakı sənaye rayonu 5 məntəqəyə bölünmüşdü. Onların hər birinə fabrik müfəttişi başçılıq edirdi. Fabrik müfəttişlərinin fəaliyyətini isə böyük fabrik müfəttişi əlaqələndirirdi.
Fabrik-zavod rayonu
Xətai rayonu (1932–1990 Şaumyan rayonu) – Bakı şəhərində rayon. == Tarixi == Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır. == Əhalisi == Əhalisi: 261100 nəfər Ərazisi: 31,6 km² Əhalinin sıxlığı: 1 kv.km-ə 8263 nəfər == İqtisadiyyatı == Rayonun ərazisində bir sıra iri sənaye müəssisələri, o cümlədən "Azərneftyağ" NEZ, "Xəzərdənizneftdonanma" İdarəsi, Təcrübə Sənaye Zavodu, "Neft Kəmərləri" İdarəsi fəaliyyət göstərir. 37 orta məktəb, 44 uşaq bağçası, 2 uşaq evi,15 poliklinika insanların təlim-tərbiyəsi ilə məşğul olur və sağlamlığının keşiyində durur. Bir sıra respublika əhəmiyyətli idarə və müəssisələr də rayonun ərazisində yerləşir: Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Baş Polis İdarəsi, Respublika Doğum Evi, Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, "AZƏRİQAZ" ASC və s.
Poçt markası kolleksiyaçılığı
Poçt markası kolleksiyaçılığı poçt markası və əlaqəli əşyaların kolleksiyası ilə məşğul olmağı əhatə edir. Filateliyanın sahələrindən biridir. XIX əsrdən bəri dünyanın ən populyar hobbilərindən biridir. İrlandiyada yaşamış Con Burkenin ilk marka kolleksiyaçısı olduğu güman olunur. O, 1774-cü ildə fiskal markalardan ibarət kolleksiya hazırlamışdır. Onun kolleksiyası Dublində yerləşən İrland Kral Akademiyasında mühafizə olunur. Poçt markası kolleksiyaçılığı isə demək olar ki, poçt markalarının ilk dəfə buraxıldığı zamanda yaranmışdır. Artıq 1860-cı illərdə Avropada və ABŞ-də poçt markası kolleksiyaçılığı ilə məşğul olan minlərlə şəxs var idi. Poçt markası yığan ilk görkəmli şəxslərdən biri Con Eduard Qrey olmuşdur. Adelayd Lusi Fenton isə poçt markası kolleksiyaçılığı ilə məşğul olmuş ilk qadınlardan biridir.
Bosniya və Herseqovina konvertasiya olunan markası
Bosniya və Herseqovina markı (Bosniyaca, Xorvatca and Serbcə: konvertibilna marka, Kiril: конвертибилна марка) — Bosniya və Herseqovinanın valyutasıdır. Valyuta 100 feninqə bölünür. Valyutanın abreviaturası KM (latınca) və ya КМ-dir (kirilcə). 200 mark əsginas yalnız bir variantda hazırlanır və bütövlüklə Bosniya və Herseqovina üçün unikaldır. 50 feninqs əsginas 31 mart 2013-cü ildə, 1 mark əsginas 31 mart 2009-cu ildə, 5 mark əsginas isə 31 mart 2010-cu ildə dövriyyədən çıxarılıb. == Tarixi və etimologiyası == Valyuta 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir. == Sikkələr == 1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 maraka sikkələr təqdim olunub. Sikkələr Bosniyalı dizayner Kənan Zekic tərəfindən tərtib olunub və Llantrisantda Kral sikkəxanasında zərb olunub.